ABŞ İraq və Suriyada endirdiyi zərbələr zamanı 85 hədəfdən 84-nü vurub.
Publika.az xəbər verir ki, bu barədə CNN Pentaqonun ilkin təhlilinə istinadla məlumat yayıb.
Kanalın məlumatına görə, 84 hədəf məhv edilib və ya funksional olaraq zədələnib.
Fevralın 3-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İraq və Suriyada 85-dən çox hədəfə zərbələr endirib. Bu, İordaniyadakı ABŞ hərbi bazasına pilotsuz təyyarə hücumuna cavab olub. Zərbələr pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara endirilib.
Pentaqon rəhbəri Lloyd Ostin ABŞ-ın İordaniyadakı Amerika bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə endirdiyi zərbələrin cavabın yalnız başlanğıcı olduğunu bildirib.