10 aylıq müalicə səfərinin sonunda şişlərdən azad olacaq, bədənimiz bütün artıq şlaklardan təmizlənəcək, sanki anadan yeni doğulmuş kimi olacağıq. Şaxtagülü bitkisi
Bizə bu tükənməz sağlamlığı verən Qafqaz şaxtagülü bitkisinin kökləridir. Bu bitki Qafqazda geniş yayılıb, bu da bizə Allahın bir lütfüdür. Qafqaz xalqlarının 1001 dərdinə dava olan bu bitkini 2009-cu ilin aprelində Berlində alimlər ətraflı öyrənmiş və gözlənilməz nəticələr almışlar. Şaxtagülü dəmləməsi onkoloji xəstələrə verildikdə yalnız şiş hüceyrələrinə təsir etdiyi, sağlam hüceyrələrə isə toxunmadığı aydın olmuşdur. Maraqlısı odur ki, şiş hüceyrələri özləri-özlərini sıradan çıxarmağa başlamışdır. Yerləşmə nahiyəsindən asılı olmayaraq limfadenit, fibroma, mioma, adenoma, kista, mastopatiya, prostat adenoması, karsinoma kimi şiş xəstəlikləri zamanı bu bitkidən 10 ay istifadə edilir. Hər ayda görüləcək xeyirləri haqda da məlumat verəcəm.Saglamolun.Az