RU

Türkiyə əhalisinin sayı açıqlandı

Türkiyə əhalisinin sayı 85 milyon 372 bin 377-yə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, əhalinin sayı 2022-ci ilə nisbətən 92 min 824 nəfər artıb. Kişilərin sayı 50,1, qadınların sayı isə 49,9 faiz təşkil edib.

Rayon və rayon mərkəzlərində qeydiyyatda olanların sayı 93,4 faizdən 93 faizə düşüb. Kəndlərdə yaşayanların sayı isə 6,6 faizdən 7 faizə çatıb.

Избранный
129
20
publika.az

10Источники