RU

84 yaşlı iflic qadına özünü həkim kimi təqdim edib təcavüz edən 23 yaşlı gəncin DƏHŞƏTLİ İFADƏSİ

Bursada 84 yaşlı iflic qadına özünü həkim kimi təqdim edərək təcazvüz edən 23 yaşlı Serkan Tutkun məhkəmə qarşısına çıxarılıb. 

32gun.az Türkiyə KV-nə istinadən bildirir ki, onun ifadəsi qandondurub. 

Orxanqazi Asliye Cəza Məhkəməsində mühakiməsi davam etdirilən məhbus müttəhim onlayn kamera vasitəsilə qatıldığı iclaslarda prokurorluqdakı ifadəsini təkrarlayıb və peşman olduğunu bildirib.

10 ilə qədər həbs tələbi ilə mühakimə olunan Tutkun, "Onun geyindiyi şalvarı çıxartdım. Ona sillə vurdum, ayaqlarını sığalladım, üzündən öpdüm. Əlimlə ağzını bağladım ki, qışqıra bilmirdi. Lakin mən paltarımı çıxarmadım” deyə məhkəmədə ifadə verib.



Xatırladılır ki, özünü "həkim" kimi təqdim edən və "sizi müayinə etməyə gəldim" deyən Serkan Tutkun (23) içəri girdiyi evdə N.T (84) adlı iflic qadına cinsi təcavüz edib.

S.Tutkun həbs olunub. Təcavüzə məruz qalan 84 yaşlı  qadın beyninə qan sızması nəticəsində dünyasını dəyişib. 
Ayxan 

Избранный
235
50
32gun.az

10Источники