RU

Koreya Respublikasındakı səfirliyimizdə Azərbaycan prezidenti seçkiləri ilə əlaqədar səsverməyə start verilib

Bakı. Trend:

Növbədənkənar Azərbaycan Respublikası prezidentinin seçkiləriilə əlaqədar Koreya Respublikasındakı səfirliyimizdə yaradılanseçki məntəqəsində yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə03:00) səsverməyə start verilib. Bakı ilə saat fərqinə əsasən,səsvermə prosesi ilk olaraq ölkəmizin Seuldakı səfirliyindəyaradılan məntəqə seçki komissiyasında başlayıb.

Trend xəbər verir ki, səsvermə prosesi Azərbaycan RespublikasıKonstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digərqanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyanivəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısıtərtib olunub. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malikAzərbaycan vətəndaşları Azərbaycan Respublikasının etibarlıpasportu və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirakedirlər.

Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələriüçün lazımi şərait yaradılıb.

Azərbaycanın Koreya Respubikasındakı səfirliyində yaradılanməntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlifsəbəblərdən Seulda olan səsvermə hüququna malik seçicilər də səsverə bilirlər. Səsvermə yerli vaxtla saat 19:00-da başaçatacaq.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərinnamizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-daprezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var.Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydəalınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edənmüşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azadedilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik vəkonsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.
Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlməkimkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınanqutu çatdırılacaq.

Избранный
373
14
az.trend.az

4Источники