RU

Eks-prezident faciəvi şəkildə HƏLAK OLDU: ailənin üç üzvü isə...

Çilinin keçmiş prezidenti Sebastyan Pinyera helikopter qəzasında həlak olub.

Publika.az xəbər verir ki, bu barədə "Radio Biobiochile" mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, çərşənbə axşamı, fevralın 6-da helikopter Ranko gölünə düşüb.

Məlum olub ki, helikopterdə siyasətçidən başqa onun ailəsinin üç üzvü olub. Onlar suya düşən helikopterdən sağ çıxa bilsələr də, 74 yaşlı eks-prezident buna nail ola bilməyib. Onun cəsədi təxminən 40 metr dərinlikdə tapılıb. Qəzanın səbəbləri araşdırılır.

Избранный
304
9
publika.az

10Источники