7NEWS.az xəbər verir ki, Təyyarə Braziliyanın Amazon əyalətində qəzaya uğrayıb. Braziliyanın təyyarə istehsalçısı Embraer şirkətinin istehsalı olan ikimühərrikli turbovintli EMB-110 təyyarəsinin qəzaya uğraması nəticəsində 12 sərnişin və 2 ekipaj üzvü həlak olub. Amazonas əyalətinin paytaxtı Manausdan Barselos meşə qəsəbəsinə doğru hərəkət edən təyyarənin qəzaya uğrayarkən səyahətini tamamlamaq üzrə olduğu öyrənilib.
7NEWS.az