RU

Bu iki məhsul sizi cavanlaşdıracaq

Diyetoloq Andrey Danilovun sözlərinə görə, balıq yağı və dana qaraciyəri orqanizmin yaşlanmasının qarşısını alan çox faydalı məhsullardır.

Publika.az xəbər verir ki, mütəxəssis bu barədə "Lenta.ru"ya danışıb.

O, bildirib ki, bu məhsulun tərkibində çoxlu faydalı maddələr var - omeqa-3, vitaminlər və minerallar (A, D, fosfor, yod, maqnezium, kalsium).

"Bu və digər maddələr toxuma hüceyrələri və beynin normal fəaliyyəti üçün zəruridir. İnsan orqanizmi onları təkbaşına ifraz etməyə qadir deyil. Buna görə də, onlar balıq və qaraciyər kimi məhsullardan və ya apteklərdə satılan qida əlavələrindən alınmalıdır. Onlar xüsusilə yaşlı insanlar üçün faydalıdır.

Balıq yağı 50 yaşdan yuxarı insanların beyin fəaliyyətini normallaşdırmaq üçün vacibdir. Balıq yağında bol olan Omeqa-3 yağ turşuları ürək üçün də son dərəcə faydalı olan bir çox xüsusiyyətlərə malikdir. Son araşdırmalar göstərib ki, omeqa-3 yağ turşuları trigliseridlərin səviyyəsini aşağı salmağa, yaxşı xolesterini artırmağa və qan təzyiqini aşağı salmağa kömək edə bilər.

Избранный
320
17
publika.az

10Источники