RU

Elman Cəfərli: “Uşaq o tərbiyəni ailədən gətirir”

Məktəblilərin qeyri-etik davranışı sözün əsl mənasında cəmiyyətə həyəcan siqnalı ötürüb. Jurnalist Elman Cəfərli də gündəmi zəbt edən məsələ ilə bağlı Adalet.az-a danışıb.O bildirib ki,mətkəbdə qısnama bütün dövrlərdə olub: “Məktəbdə qısnama (bullinq) Makedonla Namiqin dövründən var. Bunun sosial şəbəkələrlə əlaqəsi yoxdur. Biri israrla dirəşib ki, tik-toku bağlamaq lazımdır. Bu cür videolar tik-tok olmayacaq, vatsap qruplarında paylaşılacaq. Problemin kökü tərbiyədədir, tik-tokda deyil. Sosial şəbəkələr məhsulunu, xidmətini reklam edən xırda və orta iş adamları üçün əlverişli platformadır. İşıq gələn yerə papaq tıxamaq olmaz. Mətbəx bıçağı soğan, çörək doğramaq üçündür. Amma ondan xuliqan, cinayətkar da pis məqsədlər üçün istifadə edir. Bu hadisədən sui-istifadə edən 5 manatlıq saytlar yenə məktəbi, müəllimi hədəfə çıxaracaqlar. Heç kimin də yadına düşməyəcək ki, hazırkı tədris sistemində müəllim tamamilə hüquqsuzdur. Uşaq o tərbiyəni ailədən gətirir. Hərə bir hozu əkib-doğub (nümunəvi ailələlərə aid deyil) ötürür məktəbə. Vatsap qrupunda bir-birinə söz soxan bəzi mətbəx təfəkkürlü valideynlər hikkə ilə “maaş alırlar da, tərbiyə eləsinlər” deyirlər. Amma müəllim uşağın qulağını çəkəndə sifət çönür: “mənnən uşax böyütmüsən, niyə o qədər uşağın içində tənbeh edirsən?” Belə olmaz, əzizlərim. Bu yanaşmaya görə, tanıdığım neçə ləyaqətli, peşəkar pedaqoq müəllimliyin daşını atıb. Uşaqlarınızın nümunəvi olmasını istəyirsinizsə, öncə özünüz ona tərbiyə verin. Təhsil başbilənləri, kişi müəllimləri məktəbə qaytarın. Müəllimə əvvəlki hüquqlarını verin. Sinifdə baş vermiş təsadüfi hadisələrə görə, müəllimi divana, silistə çəkməyin. Babalarımız övladını məktəbə etibar edəndə müəllimə nə deyirdilər? “Əti sənin, sümüyü mənim”. Yəni materialı mənimdi, amma yonulmayıb. İxtiyar sahibisən, yon-düzəlt, tənbeh elə, tərbiyə elə, adam elə, qaytar mənə”.Əntiqə Kərimzadə

Избранный
294
50
adalet.az

10Источники