RU

“Braqa” Bakıya 23 futbolçu ilə gəlir

Portuqaliyanın “Braqa” komandası Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı “Qarabağ”la cavab oyunu üçün Bakıya gəlir.

Arena.az xəbər verir ki, bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Komandanı daşıyan təyyarə Azərbaycan paytaxtına doğru yola düşüb. Braqanın eyniadlı təmsilçisinin bu gecə Bakıda olması gözləniliir.

Sabah Portuqaliya komandasının baş məşqçisi Artur Jorjenin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq tədbirə saat 20:30-da start veriləcək. Portuqaliya təmsilçisinin eyni arenada keçiriləcək məşqi isə saat 21:30-da başlayacaq. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Braqalıların Bakıya hansı heyətlə gələcəyi də məlumdur. Baş məşqçi Artur Jorje səfər görüşündə 23 futbolçuya güvənəcək.

Menisk əməliyyatından sonra bərpa prosesini başa vuran Bruma da heyətdə yer alıb. Kapitan Rikardo Horta isə bu dəfə də komandadan kənarda qalıb.

Qapıçılar: Mateus, Tyaqo Sa, Lukas Horniçek;

Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulo Oliveyra, Joao Mendes, Fransisko Çissumba, Vitor Qomes, Kristian Borxa;

Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyo, Pitsi, Joao Moutinyo, Cibril Sumare;

Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markos Lopes, Rocer Fernandes, Simon Banza.

Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyununa saat 21:45-də start veriləcək. Bu komandalar arasında Portuqaliyada keçirilmiş ilk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qələbə qazanıb.

Избранный
234
50
arena.az

10Источники