Heyvanın meyvəsi, qabığı, tumu, hətta yarpağı və çiçəyi ayrı-ayrılıqda min bir dərdə şəfadır. Sağlamolun.az xəbər verir ki, göy, quru öskürək, mədə-bağırsaq iltihabı, ürək-damar fəaliyyətinin artırılmasında, böyrək və sidik-cinsiyyət orqanları iltihabının müalicəsində heyvanın böyük əhəmiyyəti var. Heyva toxumunun dəmləməsi mədə-bağırsaqda olan səpgilərin, tənəffüs orqanlarının, böyrək ağrılarının müalicəsinə çox faydalıdır. Uşaqların sümüklərinin möhkəmlənməsinə kömək edir. Hər yaşda olan insanların sinir sistemini gücləndirir, mədə-bağırsağı zərərli mikroblardan təmizləyir. Dəriyə və dırnaqlara parlaqlıq qazandırır.Saglamolun.Az