RU

Qəzzada ölənlərin sayı 29 mini KEÇDİ

İsraillə Fələstin arasında Qəzza zolağında baş verən qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 29 410 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki,bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yaralıların ümumi sayı 69 465 nəfərə yüksəlib.

Eyni zamanda son 24 saat ərzində Qəzza zolağında 97 nəfərin öldüyü, 132 nəfərin yaralandığı bildirilib.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.  

Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.  

Bizim.Media
 

Избранный
238
8
bizim.media

10Источники