Mübariz Mənsimov Türkiyədə televiziya kanalı açır. "Palmali" şirkətinin sahibi Mənsimov "Ekol Tv" adlı kanalı alıb.
Məlumata görə, texniki işlər başa çatdıqdan sonra təhvil-təslim prosesi həyata keçiriləcək. Televiziya kanalı üçün komandanın formalaşdırılmasına gələn aydan başlayacaq.
Televiziya kanalının aprel ayından fəaliyyətə başlaması planlaşdırılır./Modern.az
Tarix: 28 Fevral 2024, 10:04