Ətirli payız meyvəsi olan heyva faydası ilə bir çox dərdin dərmanıdır. Onun tərkibində pektin, vitaminlər və digər qiymətli nutrientlər var. Bu maddələr mikrobileyhinə, allergiya əleyhinə təsirə malikdir, qan dövranı sisteminin adekvat fəaliyyətini dəstəkləyir və iltihabı aradan qaldırmağa kömək edir. Bu meyvə həm də təbii afrodizyakdır (cinsi istəyi, cinsi fəaliyyəti stimullaşdırır, gücləndirir). Qeyd edək ki, heyvanın hətta qabığı da bir sıra dərdin dərmanıdır. Bu faydalardan yararlanmaq üçün heyva qabığından təbii bitki çayı hazırlayıb gündə bir stəkan içmək olar (daha çoxu məsləhət görülmür).Saglamolun.Az