RU

Ötən ay sərhədi pozan 41 nəfər saxlanılıb

Saxlanılanlardan 29-u xarici ölkələrin vətəndaşıdır
Fevral ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfər saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, saxlanılanlardan 12-i Azərbaycan, 11-i Pakistan, 7-i İran, 3-ü Əlcəzair, 3-ü Şri-Lanka, 2-i Hindistan, 2-i Mərakeş, və 1-i İraq vətəndaşı оlub.
Qeyd olunub ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 13 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

Избранный
648
ayna.az

1Источники