15 yaşlı Tahir Mehdili Füzuli rayonundan Xətai Tibb Mərkəzinə qida borusunun qanaxması ilə gətirilib. Vəziyyəti çox ağır və ümidsiz olub.
Bu barədə Aztibb.az-a Mərkəzdən bildirilib.
Pasiyenti təcili müdaxilə ilə vəziyyətdən çıxaran uşaq cərrahı Cavid Dadaşov onun qida borusunda vorikoz genişlənmə aşkar edib. Eyni vəziyyət və diaqnozla uşaq 2021-ci ildə rayon xəstəxanalarından birində müalicə olunub. 2024-cü ildə təkrarlanan qanaxma dayandırılıb, vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.
Müəyyən müayinələrdən sonra Tahir Mehdini unikal bir əməliyyat gözləyir. Əməliyyatı uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru Gündüz Ağayev həyata keçirəcək.