RU

Almaniya XİN Zaxarovanın bəyanatını absurd adlandırıb

Almaniya XİN Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatını absurd adlandırıb.

“İki sahil” xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner bu gün keçirdiyi brifinqdə Zaxarovanın “Almaniyada nasizmə son qoyulması tam başa çatmayıb” fikrinin absurd olduğunu deyib.

Vaqner onu da qeyd edib ki, bu tip bəyanatlar absurd olmaqla yanaşı, uğursuz hədə-qorxu cəhdləridir:

“Biz ilk dəfə deyil ki, belə bir fikir eşidirik. Belə hədə-qorxulara boyun əymirik. Rusiya tərəfinin bəyanatı absurddur”.

Избранный
86
6
ikisahil.az

7Источники