RU

“Nikosayağı”ya hökm oxundu

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda Nicat Şakirliyə hökm oxunub.

Hökmə əsasən “Nikosayağı”ya 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə təyin olunmuş cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun hesab edib. Onun haqda seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, prokuror Nicat Şakirliyə 6 il cəza verilməsini tələb edib. Prokuror Nicat Şakirlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə zalından həbs edilməsini təklif etmişdi.

İttihama görə, Nicat Şakirli alkoqollu içkinin təsiri altında avtomobil idarə edərkən, törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olub.

Məlum olub ki, o, sürət həddi 70 km olan olan yolda avtomobili 90-100 km sürətlə idarə edib.

Bu səbəbdən Nicat Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb.

Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.


Müəllif: Hacı Zeynalov
Избранный
190
25
teleqraf.com

10Источники