RU

Görmə məsafəsi 500 metrədək məhdudlaşdı

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Qafqazinfo"ya bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda  500 metrədək məhdudlaşıb.

Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin  səbəbi  nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır:

"Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin  bu gün gündüz  saatlarınadək  davam edəcəyi gözlənilir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
23
10
milli.az

9Источники