RU

Səbail rayonu ilə ABŞ-ın bu şəhəri qardaşlaşdı

Azərbaycanın paytaxtı Bakı şəhərinin Səbail rayonu ilə ABŞ-ın Pensilvaniya ştatının Oyl Siti şəhəri arasında “Qardaşlaşmış Şəhərlər haqqında Protokol” imzalanıb.

Publika.az xəbər verir ki, tarixi razılaşmanın reallaşması çərçivəsində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ABŞ-ın Pensilvaniya ştatına səfər edib.

İmzalanma mərasimində ştat və şəhər meriyasının rəsmiləri, yerli ictimaiyyətin nümayəndələri, diplomatlar və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Protokolda qardaşlaşmış şəhərlər arasında iqtisadi, mədəni, turizm və ümumi maraq doğuran digər bütün sahələrdə əməkdaşlıq, birgə proqram və layihələrin təşkili, habelə təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Mərasimdə qeyd olunub ki, əldə olunmuş razılıq əsasında həmçinin Oyl Siti şəhəri və Səbail rayonu arasında dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirmək planlaşdırılır.

Избранный
525
1
publika.az

10Источники