8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günü hesab edildiyindən Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.
Məlumata görə, gün ərzində saat 7:00-dan 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. Qırmızı və Yaşıl xətlərin birləşdiyi “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” istiqamətində qatarların hərəkət intervalı həmin vaxt ərzində iki dəfə artıq olacaq.
Bununla belə, sərnişin axını və hərəkət istiqamətlərindən asılı olaraq, hərəkət qrafiki nəzarətdə saxlanılmaqla, zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılacaq. Stansiyalarda, eləcə də qurğu və avadanlıqlarda müvafiq nəzarət mexanizmləri tətbiq olunacaq.
“Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, martın 8-də qatarların hərəkətinin şənbə günü cədvəlindən istifadə etsinlər. Ən sərfəli kredit üçün müraciət et
Martın 9-u və 10-da isə Bakı metropolitenində payız-qış hərəkət qrafikinin tələbləri qüvvədə olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook
Instagram
Telegram
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта