RU

Sabiq deputat Hüseyn Abdullayevə qarşı yeni cinayət işi açıldı

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.

 

Senzor.az bildirir ki, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilib.

 

Məlumatı KİV-ə açıqlamasında onun vəkili Rəsul Cəfərov təsdiqləyib.

 

Xatırladaq ki, Hüseyn Abdullayev 2018-ci ildə Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 213.2.2-ci (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. 2019-cu ildə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. H.Abdullayevin həbs müddəti bu ilin aprelində başa çatacaqdı.

 

H.Abdullayev barəsində yeni cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Избранный
206
24
senzor.az

10Источники