RU

Azərbaycan Ordusunda Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların,mülki işçilərin və şəhid ailələrinin iştirakı ilə 8 Mart -Beynəlxalq Qadınlar Gününə həsr olunan silsilə bayram tədbirlərikeçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevinvə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canındankeçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yadolunub, dövlət himni səsləndirilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənovun bayram münasibətilə təbriki tədbir iştirakçılarınaçatdırılıb.

Çıxış edənlər Azərbaycan qadınının tarix boyu müqəddəs anaşərəfini uca tutaraq mübarizliyi ilə tanındığını, gənc nəslinVətənə, dövlətə sevgi, müstəqil dövlətçiliyə və azərbaycançılıqməfkurəsinə sədaqət ruhunda tərbiyə olunmasına öz böyük töhfələriniverdiyini vurğulayıblar.

Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanınrəhbərliyi ilə milli-mənəvi dəyərlərimizə, humanizm ideyalarınaxidmət edən və ənənələrimizi qoruyub yaşadan çoxlu sayda böyüklayihələrin uğurla icra olunmasında, eləcə də ölkəmizin müdafiəqüdrətinin artırılmasında və ərazi bütövlüyünün bərpa edilməsindəAzərbaycan qadını yaxından iştirak edir.

Qeyd olunub ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində,xüsusi təyinatlı təhsil və hərbi tibb müəssisələrində, eləcə dədigər sahələrdə xidmət edən qadın hərbi qulluqçularımızın, həmçininmülki işlərdə çalışan qadınlarımızın əməyi daim yüksəkqiymətləndirilir.

Sonra tədbirlərdə iştirak edən qadınlara gül dəstələri və bayramhədiyyələri təqdim olunub.

Keçirilən tədbirlər çərçivəsində Müdafiə Nazirliyinin ƏlahiddəNümunəvi Orkestrinin estrada heyətinin, Həzi Aslanov adına Orduİdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji vəMədəniyyət Mərkəzinin, həmçinin rayon mədəniyyət şöbələrikollektivlərinin iştirakı ilə konsert proqramları təqdimolunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
151
11
az.trend.az

10Источники