RU

Gənclər və idman naziri beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Bakı. Trend:

Martın 11-də gənclər və idman naziri Fərid Qayıbov ötən ayərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalqyarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları vəonların məşqçiləri ilə görüşüb.

Trend xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdmanAkademiyasında təşkil edilən görüş Dövlət Himnimizinsəsləndirilməsi ilə başlanıb.

Daha sonra ötən ay ərzində beynəlxalq yarışlarda qazanılmışuğurları əks etdirən videoçarx nümayiş olunub.

Görüşdə Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurlatəmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlararzulayıb.

Ağırlıqqaldırma, bədii gimnastika, kişi idman gimnastikası,tamblinq, MMA, cüdo, güllə atıcılığı, stend atıcılığı, sumo,karate, paraatletika, paracüdo, parataekvondo, savat və prokombat,taekvondo, sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi idmannövlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqlarıqələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləriisə idmançılarımızın hazırlıq prosesi və uğurları barədədanışıblar.

Избранный
499
8
az.trend.az

10Источники