RU

"Regionda sakitliyin olmasını istəməyən qüvvələr, cəmiyyəti də qarışdırmaq istəyirlər" -Ekspert

"Regionda sakitliyin olmasını istəməyən qüvvələr, cəmiyyəti də qarışdırmaq istəyirlər" -Ekspert

Teleqram kanalında məktəblərə silahlı hücum ediləcəyi ilə bağlı məlumat yayılıb. Məlumatda Bakının bir sıra orta məktəblərinə və ticarət mərkəzlərinə silahlı basqın olacağı bildirilib. Qruplaşmanın sosial şəbəkələrdə həyəcan yaradan çağırışı ilə bağlı DİN rəsmi açıqlama yayıb. Qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır.

Məsələ ilə bağlı Sonxeber.az-a hərbi ekspert Səxavət Məmmədli açıqlama verib:

Ekspert bildirib ki, regionu qarışdırmaq istəyən qüvvələrin hər yola əl atacaqlarını bildiirb:

"Teleqram kanalında yayılan inforsıyanın bir çox ölkələrdə yayılması məlum olub. Əlbəttə DİN bu məsələ ilə bağlı araşdırma aparmalıdır. Amma bu informasiya özü "fake"dir. Azərbaycanda baş verən cinayətlərin 90 faizi ailə-məisşət zəmnində baş verir. Yəni kriminal və ya hansısa qruplaşmalar , terror aktı kimi hadisələr ölkəmizə və vətəndaşımıza xass olan məsələ deyil. Ölkəyə nəzər yetirsək görərik ki, bizdə ən ağır ölüm yandıraraq özünü öldürməkdir. Yəni Azərbaycanda insanlar daha çox özlərinə zərər verirlər. Bu baxımdan düşünmürəm ki, Azərbaycan belə bir qruplaşmalar olsun.

Bu məsələ regionda baş verən proseslərlə əlaqədar da ola bilər. Söhbət Azərbaycan və Ermənistandan arasında atəşkəsin olub- olmamamsından getmir. Bir regionu qarışdırmaq istəyən qüvvələr hər yola əl atır. Bu təkcə atəşkəsin pozulması ilə edilmir. Belə məqamlarda cəmiyyəti qarışdırmaq istəyirlər. Ehtimallardan biri də bu ola bilər.

Əsas məsələ Azərbaycan ictimayətinin ayıq-sayıq olmasıdır. Son günlər sosial şəbəkələrdə Ermənistan ilə bağlı kitablar satılığa qoyulmuşdu. Dərhal dövlət buna reaksiya verdi . Amma regionu qarışdırmaq istəyən qüvvələr bu tip dezinformasiyaları sayı çox olacaq".

Избранный
189
25
sonxeber.az

10Источники