RU

Almaniya kansleriDÖNƏRDƏN DANIŞDI

Almaniyada inflyasiyanın aşağı düşməsi bu ölkədə çox məşhur olan dönərin qiymətləri məsələsini yenidən gündəmə gətirib.

“İki sahil” NTV-yə istinadla xəbər verir ki,  məsələ ilə bağlı hətta Almaniya kansleri Olaf Şolts da açıqlama verməli olub.

Almaniyada dönərin qiyməti şəhərdən-şəhərə dəyişir. Ortama qiymət 7 avrodur. Son illərdə dönərin qiyməti 7 faiz artıb. Gənclər arasında dönər çox populyar olduğundan onlar qiymətlərin artmasından narahatdırlar.

Sosial media hesabında ona ünvanlanana sualları cavablayan Şoltsa dönərlə bağlı sual verilib: “Dönərin qiyməti nə vaxt 3 avro olacaq?”

Şolts gəncə cavabında deyib ki, dönərin qiymətində yüksək hədd müəyyənləşdirmək fikrində deyillər: “Gənclərdən dönərin qiymətinə bir üst limit gətirilməsi istiqamətində tələblər var. Ancaq biz bazar iqtisadiyyatında yaşayırıq. Qiymətlər də tələbə uyğun formalaşır. Dönər istehsalçılarının da xərcləri da var. Yəni, dönərin qiyməti üçün bir üst limit olmayacaq. Amma Almaniyada inflyasiya aşağı düşür və dah da düşəcək.”

Nüsrət Məmmədov, "İki sahil"

Избранный
285
50
ikisahil.az

10Источники