RU

Həyat yoldaşını itirən qadınların pensiya yaşı endirilə bilərmi? - AÇIQLAMA

Həyat yoldaşını itirən qadınların pensiya yaşı endirilə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, yoldaşı vəfat edəndən sonra evlənsə belə, uşağına baxan ata pensiyaya tez çıxacaq. Yeni dəyişikliyə əsasən, kişilərə münasibətdə qadın vəfat etdiyi və uşağın kişinin himayəsində olduğu və növbəti ailə qurduğu halda da kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. Bəs, həyat yoldaşını itirmiş qadınlar pensiyaya tez çıxa bilər?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Sonxeber.az-a açıqlamasında bildirib ki, Azərbaycanda qadınlar ilə bağlı kifayət qədər güzəştlər var. Bu baxımdan onlarda pensiya yaxşı kişilərdən fərqli olmalıdır. Statistikaya görə qadınlar kişilərdən çox yaşayır. Təhlillər göstərir ki, qadınlar pensiya yaşına daha çox tez çatır, nəinki kişilər:

"Onlar bu zaman pensiya almaq hüququ əldə edir. Kişilərin çoxu pensiya yaşına çatmadan dünyasını dəyişir. Onların pensiya kapitalında yığılan pullar istifadə olunmur. Düzdür qanunvericiliklə həyat yoldaşı vəfat edirsə, həmin kapital onun həyat yoldaşına yaxud övladlarına verilir. Qadınların pensiya yaşı üçün bəlli kateqoriyalar və tətbiq edilir. Ancaq həyat yoldaşını itirmiş qadınların pensiya yaşının endirilməsi aktual deyil. Kişilərin pensiya yaşı azaldılmalıdır nəinki qadın. Hesab edirəm ki, bu dövlətin maliyyə yükü deməkdir. Pensiya yaşının bir qədər endirilməsi vacibdir. Eyni zamanda pensiya haqları qaldırılmalıdır. Təkcə bəlli bir dövlət qulluğunda çalışan qadın və kişilərin deyil, bütünlükdə əmək fəaliyyəti ilə məşğul olmuş insanların pensiya təminatında maaşın 80 faizi miqdarında pensiya məbləği müəyyənləşdirilməsi daha yaxşı olar".

Sosioloqun sözlərinə görə, belə olarsa, insanlar 65 yaşına çatana kimi rahatlıqla pensiyaya çıxa bilərlər. Eynən Avropada olduğu kimi. Amma buna niyə gedilmir? Çünki, pensiya məbləği onların yaşayış təminatına imkan vermədiyinə görə, onlar pensiyaya çıxdıqdan sonra işləmək məcburiyyətində qalır:

"Həm də bu əlavə problem yaranır. Eyni zamanda gənclər iş tapmaqda çətinlik çəkirlər. Əgər onlar pensiyaya getsələr və yaxşı məbləğdə pensiya alsalar, gənclər onların yerini tuta bilərlər. Bu zaman onlar iş imkanı əldə etmiş olar. Ancaq biz baxırıq ki, həm pensiya alırlar, həm də işləyirlər. Çox yaxşı olar ki, həyat yoldaşını itirmiş qadınların pensiya yaşını endirməkdən daha çox, iki məsələyə nail olmalıyıq. Pensiya məbləğinin 80 faizə qədər artırılması və pensiya kapitalından mənfəətli səbəblərə görə istifadə etməkdir. Yəni xəstəliklərə qarşı yaxud hansısa ehtimal vəziyyətlərdə həmin kapitaldan vətəndaşa istifadə şəraiti yaradılmalıdır. Hər kəs öz əmək fəaliyyəti müddətində pensiya almaldiri. Qadınlar üçün başqa addımlar atıla bilər. Evdar xanımların uşaq böyütmə müddəti əmək stajı sayılsın. Bu da qadınlar üçün əmək pensiyası hüququ tanıya bilər. Necə ki, kişilərdə tələbə yaxud hərbi xidmətdə olduğu müddəti pensiya kapitalı olaraq hesablanır, qadınlara da eyni addımı tətbiq etmək olar. Qadın uşağı özü üçün boyütmür. Bu baxımdan evdar xanımların uşaq böyütmək müddəti əmək stajı olaraq sayılmalıdır. Bu da onların pensiya hüququnu tapmağa imkan verir. Əgər ömür müddəti uzanmırsa, artmırsa kişi və qadınlarda pensiya yaşı aşağı endirilməsi vacibdir".

Sevda Səfərova

Избранный
202
35
sonxeber.az

10Источники