RU

Azərbaycan Prezidenti ölkə haqqında müsbət beynəlxalq qavrayış formalaşdırır-Şəbnəm Həsənova- ÖZƏL

"Beynəlxalq tədbirlər çərçivəsində konfranslar, müxtəlif məzmunlu görüşlər, hətta müasir çağın tələblərindən biri kimi həvəsləndirici səyahət proqramlarının özünün belə ölkələrə və iqtisadiyyatlara əhəmiyyətli faydalar gətirdiyi danılmaz faktdır".Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a olan açıqlamasında bildirib:"Ev sahibi ölkələr artan qlobal profildən, yerli məşğulluğun artımından, dərhal və qısamüddətli iqtisadi faydalardan və artan uzunmüddətli siyasi dividentlərdən faydalanır. Modern dövrün çağırışlarına qarşı səmərəli mübarizəsi və dünyanın siyasi və iqtisadi müharibələrinin nəticəsindən sonra onun sürətlə bərpası fonunda Azərbaycan qlobal miqyasda həm də arzu olunan məkan və irimiqyaslı tədbirlərdə dünya lideri kimi böyüməyə davam edir. Bu cür tədbirlərin keçirilməsinin müsbət geridönüşü isə sadəcə individual qaydada Azərbaycan üçün faydalı deyil, bu, geniş zamanda regional və qlobal mənada sürətli iqtisadi artıma təkan verməyə davam edəcək. 
    Bu baxımdan cənab Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Forumun qlobal miqyasda əhəmiyyətinə diqqət çəkərək onun aparıcı beynəlxalq tədbirlərdən birinə çevrildiyini bildirdi. Dövlət başçımız Qlobal Bakı Forumunun hətta Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib olduğunu vurğuladı. Niyə də yox? Hələ üstəlik çox da əsaslı! Regional ağrılara və qlobal sancılara həssas yanaşmaqla Azərbaycan dövləti bu gün beynəlxalq hüququn bir çox qanayan yarasını sağaldır, onu sarıyır. Bir çox dünya liderlərindən fərqli olaarq boş ritorikayla deyil, praktiki məsələlərin nəticəsi ilə çıxış edən dövlət başçımız "Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir" deyərək bunu son dərəcə korrekt əsaslandırdı. Qeyri-qanuni işğalın qurbanı olan, etnik təmizləməyə məruz qalan Azərbaycan otuz ilə yaxın zaman çərçivəsində çox düzgün mövqe tutaraq inkişaf yolunu seçdi, nəticədə isə düzgün siyasət nəticəsində biz beynəlxalq hüququ özümüz təmin etdik. Bu müddət ərzində isə Ermənistanı pulsuz silahlarla təchiz edirdilər ki bu da işğalçını daha da azğınlaşdırırdı. Təəssüf olsun ki, yanlış, yıxıcı trayektoriya üzərində qurulan həmin siyasət bu gün də davam edir. 
    Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə özününün dünyaya açıq olduğunu hər dəfə sübut edir. Ölkəmiz yenə də həmfikir insanların toplaşması üçün vahid məkan təmin etdi. Məhz bu çalarlar baxımından Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin də Qlobal Bakı Forumunun əhəmiyyətini çox düzgün vurğuladı. Beləliklə də mövcud amil ev sahibi şəhərin özünə əhəmiyyətli mədəni və iqtisadi yüksəliş potensialı gətirirsə, həm də tədbirlərdə iştirak edən insanlar, onların aid olduqları ölkələr arasında mədəniyyət, dəyərlər, əlaqələr və təcrübə mübadiləsini asanlaşdırır.
    Ölkə haqqında müsbət beynəlxalq qavrayış vacibdir. Cənab Prezident İlham Əliyev bunu ölkəmiz haqqında sözügedən tədbirdə də məharətlə formalaşdırdı. Həqiqətlərin isə birinci şəxs vasitəsilə dünyaya çatdırılması etimad baxımından vacib amildir. Odur ki, hələ başqa məsələlərin əhəmiyyəti və müsbət dəyəri baxımından deyil, dövlətimizin başçısının reallıqları öz dilindən çatdırmasının önəmi misilsizdir.
    Azərbaycan dövləti dünyaya uyğunlaşmanın uğurlu modelini, xalqımızın isə bu istiqamətdə qabiliyyətini göstərir. Mövcud reallıqlar, siyasi və iqtisadi kataklizmlər fonunda beynəlxalq ictimaiyyətə belə bir şəkildə toplaşmaq imkanı vermək dövlətimizin, xalqımızın və bilavasitə Liderimizin uğurudur. Dünyanın aparıcı şəxslərini cəlb etməklə şəbəkələr inkişaf etdirmək, bizneslər genişləndirmək və müxtəlif mənşəli həmfikir insanların bir araya gəlməsinin inanılmaz həyəcanını yaşamaq üçün bir deyil, ardıcıl, silsilə fürsətlər təqdim edirik.
    Danılmaz faktdır ki, Azərbaycan bu gün dünyanın aparıcı zehinlərini bir araya gətirərək başqa heç bir yerdə olmayan unikal təcrübəyə malik regionun müsbət simasını təqdim edən məkana, qlobal mərkəz kimi isə şöhrət qazanaraq ideyalar, əlaqələr, ixtiralar və innovasiyalar üçün inkişaf qazanına çevrilib. Dövlət başçımızın da qeyd etidiyi kimi Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Bu baxımdan düşünürəm ki, proseslərin fərqli məcrada inkişaf ssenarisinin cızılması meyillərinə məlum dövlətlər və siyasi təsisatlar son qoymalıdır. Forum çərçivəsində dövlət başçımızın Natəvanın vandalizm aktına məruz qalmış heykəlini praktiki nümayiş etdirməsi olduqca önəmli, həssas məqam idi. Ölkələrin ərazi bütövlüyünün və suverenliyinin önəmindən danışan Fransanın selektiv siyasəti, dünyanın fərqli mədəniyyətlərinə, incilərinə göstərdiyi münasibət onun riyakarlığından, Qoşulmama Hərəkatına sədrlik etdiyiyimiz dörd illik periodda təşkilatda çox səmimi ab-hava yaratmağımız da bizim xalqımızın xislətinidən xəbər verir. Bütün bu əhəmiyyətə, müsbət irəliləyişlərə zərbə vurmağa çalışan qüvvələr fonunda Böyük Britaniyanın Baş naziri Rişi Sunakın XI Qlobal Bakı Forumun iştirakçılarına ünvanladığı məktubda qeyd edilən məsələlər, ən önəmlisi isə COP29-un uğurlu keçirilməsi üçün Böyük Britaniyanın Azərbaycanın yanında olacağını bildirməsi isə zənnimcə, çox suala verilən cavabdan və aydınlıq gətirilən mətləbdən xəbər verir. Azərbaycan sadəcə öz problemlərini həll etmir, qlobal məsələlərdə təşəbbüskarlıq nümayiş etdirir. COP29 bu düzgün siyasətin dünyaya çatdırılması baxımından önəmlidir. Hər fikrini hər zaman ən korrekt formada əsaslandıran dövlət başçımızın "Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir" fikri bir daha Liderimizin düzgün siyasət yürütdüyündən, siyasi fəaliyyətinin isə müsbət dəyərindən xəbər verir".Zeynəb Rzayeva

Избранный
247
47
olaylar.az

10Источники