Şimali Atlantika Alyansı ölkələri Rusiyanın hipersəs silahlarından qorunmaq üçün hava və raketdən müdafiə sistemlərini təkmilləşdirməyə hazırlaşır.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, Rusiya silahları ciddi təhlükə yaradır. Stoltenberq qeyd edib ki, Rusiya hökuməti müasir silah sistemlərinin inkişafı üçün külli miqdarda vəsait ayırır. O əmindir ki, NATO ölkələri özlərini Rusiyanın səsdən sürətli raketlərinin hücumlarından qoruya biləcəklər.
NATO-nun baş katibi bütün alyans ölkələrini hava və raketdən müdafiə sistemlərini təkmilləşdirməyə çağırıb. O, Rusiyanın hipersəs silahlarından qorunmaq üçün belə vasitələrin sayının çox olmasının vacibliyini vurğulayıb.
Zaur, BakuPost