Çin ABŞ-ın Tayvanla hərbi təmaslarına qarşıdır. Aktual.az xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Lyu Penyu deyib.
"Çin ABŞ-ın Tayvanla hərbi təmaslarına və adanı silahlandırmaq cəhdlərinə qəti şəkildə qarşı çıxır. Tayvan məsələsi Çinin maraqları baxımından əsasdır və Çin-ABŞ münasibətlərində pozulmamalı olan əsas qırmızı xəttdir", - L.Penyu qeyd edib.