RU

ABŞ-ın Ukraynadakı səfiri: Biz dərhal Ukraynaya kömək etməliyik

ABŞ-ın Ukraynadakı səfiri Bridjit Brink, 16 nəfərin ölümünə, 55 nəfərin yaralanmasına səbəb olan rus işğalçılarının Odessanı atəşə tutmasından sonra, Rusiyanı dayandırmaq üçün Ukraynaya təcili yardım göstərməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna X sosial şəbəkəsində Bridjit Brink-ə istinadən xəbər verir. ...Bu gün Rusiya yenidən Odessaya hücum etdi, günahsız mülki insanları öldürdü və təcili yardım xidmətlərinə hücum etdi.

Ameriklı səfir yazıb bunu.

...Bu vəhşi hücum Rusiyanın “Avropadakı həyasız təcavüzünü” dayandırmayacağını göstərir”.

Bunu da o vurğulayıb.

...Biz Ukraynaya Rusiyanı dərhal dayandırmağa kömək etməliyik. İtirmək üçün bir dəqiqə belə yoxdur.

Qeyd edək ki,ruslarbu gün, martın 15-də müvəqqəti işğal olunmuş Krımdan atılan “İskəndər-M” ballistik raketləri ilə Odessaya hücum ediblər.

Deyilənlərə görə,rusların hədəfi mülki infrastruktur olub. Bundan sonra həkimlər və xilasedicilər hadisə yerinə gələndə müdaxiləçilər yenidən həmə əraziləri vurublar.

Onlarla itki və ölənlərin olduğu deyilir.

Ruslarınatəşə tutması nəticəsində istirahət obyektinin üçmərtəbəli binası dağıdılıb, azı 10 fərdi yaşayış evi, texniki xidmət stansiyası, aşağı təzyiqli qaz kəməri, təcili tibbi yardım və yanğınsöndürmə maşınlarına ziyan dəyib.

Hazırda dağıntılar təmizlənir.

Nazlı

Избранный
222
21
sia.az

10Источники