RU

Mahmud Abbas: "Bizim prioritetimiz Rəfah şəhərinin işğalının qarşısını almaqdır"

Fələstin prezidenti Mahmud Abbas bildirib ki, onların prioritetləri İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərini işğalının qarşısını almaqdır. Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Fələstin "WAFA" xəbər agentliyinin məlumatına görə, Abbas bu barədə Fələstinə danışıqlar üçün gələn Braziliyanın xarici işlər naziri Mauro Vieyranı işğal altındakı İordan çayının qərb sahilinin Ramallah şəhərindəki Prezident sarayında qəbul edərkən bildirib. Abbas: “Bizim üçün təcili və əsas məsələ İsrail işğalçı qüvvələrinin 1,5 milyondan çox məcburi köçkün fələstinlinin gəldiyi Rəfah şəhərini işğal etməsinin və humanitar fəlakətə səbəb olmasının qarşısını almaqdır”, - deyib. İsrailin belə bir hücuma başlamasının qarşısını almaq üçün beynəlxalq səylərin artırılmasına çağıran Abbas, beynəlxalq səylərin israilliləri təcavüzünü dayandırmağa, humanitar yardımların daxil olması üçün bütün qapıları açmağa və Qəzzanın yenidən qurulmasına başlamağa məcbur etməsini istəyib. Görüşdə Abbas Fələstin ərazilərindəki siyasi vəziyyət və Fələstin xalqının məruz qaldığı qətliamın dayandırılması üçün göstərilən səylər barədə Vieyraya məlumat verib. İclasda iştirak edən müvəqqəti baş nazir Mohammed Ştiyye prioritetlərinin atəşkəs, Qəzza zolağına hücumların dayandırılması, tibbi və humanitar yardımların daxil olması üçün bütün sərhəd qapılarının açılması olduğunu bildirib. Xarici işlər naziri Riyad əl-Maliki də Xarici İşlər Nazirliyində braziliyalı həmkarı ilə görüşüb. Görüş zamanı Ştiyye bəyan edib ki, işğal altındakı İordan çayının qərb sahili və Qüdsdəki vəziyyət Qəzzada olduğundan az təhlükəli deyil. Braziliyanın xarici işlər naziri Mauro Vieyra da görüş zamanı ölkəsinin Fələstin xalqına hüquqlarının və gələcəyinin müəyyən edilməsində sonsuz dəstək verdiyini, iki dövlətli həll yolundan imtina etməyin mümkün olmadığını vurğulayıb. Braziliya və prezident Luiz İnasio Lula da Silvanın “Qəzzada qətliamı inkar etdiklərini” qeyd edən Vieyra, “qırğın müharibəsinin dayandırılmasının və Qəzza zolağına humanitar yardımın daxil olmasının vacib olduğunu” bildirib. Vieira Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin ("UNRWA") Yaxın Şərqdəki rolunun əhəmiyyətini vurğulayıb. O, heç biri indiyədək sübuta yetirilməmiş iddialara görə "UNRWA"nın işini tamamilə dayandırmamalı olduğu fikri ilə razı olduğunu bildirib. Vieyra: "Braziliya bu il Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə yardımın həcmini artıracaq", - deyib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən cümə günü verilən açıqlamada, baş nazirin Rəfah şəhərinin cənubuna mümkün hərbi əməliyyat planını təsdiqlədiyi açıqlanıb. Qadir, Bizimyol.info

Избранный
234
50
bizimyol.info

10Источники