RU

Peskov: Kreml NATO-nun Cənubi Qafqazdakı fəaliyyətini izləyir

Kreml NATO-nun Cənubi Qafqazda artan fəallığını diqqətlə izləyir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirərkən deyib.

\"Əlbəttə, diqqətlə izləyirik, lakin biz diqqəti ikitərəfli əlaqələrimizə və ölkəmizin region ölkələri ilə olan əməkdaşlıq vasitələrinə yönəltmək niyyətindəyik”, - Peskov bildirib.

Onun sözlərinə görə, NATO-nun öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri regionda vəziyyətə sabitlik qazandırmaz: \"Biz NATO-nun Qafqazda öz mövcudluğunu möhkəmləndirmək istəyini yaxşı başa düşürük və necə deyərlər, adi gözlə görünür”.

Qeyd edək ki, Yens Stoltenberq Azərbaycana martın 17-də, Gürcüstana martın 18-də, Ermənistana isə martın 19-da səfər edib.
 
///report
Избранный
143
6
azxeber.com

10Источники