RU

Cənubi Koreya və ABŞ birgə təlimlər keçirdi

Cənubi Koreya və ABŞ şəhər mühitində birgə döyüş təlimləri keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Hər iki tərəf şəhər ərazilərində qəfil hücumlar, yeraltı tikililərdə döyüşlər ssenarisindən istifadə etməklə hücum və müdafiə əməliyyatları həyata keçirib", - məlumatda deyilir.

Agentlik bildirib ki, beş günlük təlim bazar ertəsi sərhəddəki Paju şəhərində, şəhər əməliyyatları poliqonunda keçirilib.

Qeyd olunur ki, təlimlərə 400-ə yaxın hərbçi, tanklar, helikopterlər və pilotsuz uçuş aparatları cəlb olunub.


Müəllif: Teleqraf.com
Избранный
447
50
teleqraf.com

10Источники