RU

İsrail ordusu Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasında yüzlərlə terrorçu yaxalayıb

Qəzza zolağındakı “Əl-Şifa” xəstəxanasında əməliyyat davam edir və indiyədək orada  terrorda şübhəli bilinən 500-dən çox şəxs saxlanılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İsrail ordusunun yaydığı bəyanatda belə deyilir

 

“İndiyədək biz 500-dən çox şübhəli şəxsi saxlamışıq, onlardan 358-i HƏMAS və İslami Cihad qruplarına aiddir”, - deyə məlumatda bildirilib.

 

Vurğulanıb ki, xəstəxana binalarının içərisində döyüşlər davam edir. Yaraqlılar hazırda təcili tibbi yardım şöbəsinin ərazisində barrikadadadırlar və xəstələr başqa binaya təxliyə edilir.

Избранный
192
6
senzor.az

10Источники