RU

Astarada brakonyerliklə məşğul olan şəxs saxlanıldı

Bakı. Trend:

Astarada brakonyerliklə məşğul olan şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran XəttPolis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Astararayonu ərazisində Şahağacı çayında qanunsuz balıq ovu ilə məşğulolan rayon sakini N.Əliyev saxlanılıb.

Həmin şəxsdən sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növbalıqlar aşkar edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Избранный
90
21
az.trend.az

10Источники