RU

Məşhur türkiyəli aktyor evində huşsuz vəziyyətdə tapıldı

Türkiyənin tanınmış kino aktyoru və rejissoru Kadir İnanır Beykozdakı evində huşsuz vəziyyətdə tapılıb.

"Tehsil.biz"in Haber Global-a istinadən məlumatına görə o, bu gün səhər saatlarında insult keçirib.

Sənətçi Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

O, xəstəxanada beyin tomoqrafiyası və MRT müayinəsinin nəticələrinə görə müalicə olunacaq.

Избранный
189
12
tehsil.biz

10Источники