Bakı. Trend:
Martın 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.
Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənənmülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzolunacaq.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-17° isti olacaq.Atmosfer təzyiqi 752 mm civə sütunundan 756 mm civə sütununayüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıqərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysanxarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyiehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi gündüzayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 14-19° isti, dağlardagecə 1-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.