RU

"Yeraltı avtomobil dayanacaqları zərərlə işləyir" - AYNA-dan etirazlara reaksiya

Bakıda yeraltı dayanacaqlarda kəskin qiymət artımının olması narazılıq yaradıb.

Azpost.info bildirir ki, artıq bir çox yeraltı dayanacaqlar aprel ayının 1-dən etibarən taariflərin artırılmasını və yeni qiymətləri elan ediblər.

Bakının ən böyük avtomobil dayanacağı hesab olunan Qış parkındakı parkinq qiymətləri birdən-birə 170% artırılıb.

Məsələ ilə bağlı  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.az-a bildirilib ki, qurumun balansında olan yeraltı parklanma məntəqələrində ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir.

“AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik – 4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir”, – deyə məlumatda qeyd olunur.

Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqələri üzrə parklanmalarda qiymət artımı ilə bağlı suala cavab olaraq isə qurumdan bildirilib ki, səbəb parklanma məntəqələrinin fəaliyyəti zamanı daxilolmaların xərcləri tam qarşılamamasıdır.

“Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir və təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur. Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib”, – deyə məlumatda bildirilir.

Избранный
158
38
azpost.info

10Источники