RU

İrəvan: Rusiya sərhədçilərinin Zvartnotsdan çıxarılması məsələsi həll olunub

İrəvan:

Bakı, 27 mart, AZƏRTAC

Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması məsələsi nəhayət həll olundu, İrəvan və Moskva artıq bunu müzakirə etmir.

AZƏRTAC xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan bunu jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Bu, Ermənistan üçün artıq həll olunmuş məsələdir. Prosesi dövlətlərarası sazişin pozulması kimi təqdim etməyə çalışırlar. Saziş Ermənistan sərhədçilərinə bu sahədə fayda vermək, onların yükünü yüngülləşdirmək məqsədi daşıyırdı. İndi köməyə ehtiyacımız yoxdur”, - deyə Alen Simonyan bildirib. Onun sözlərinə görə, Rusiya sərhədçiləri 2024-cü il avqustun 1-dək “Zvartnots” hava limanını tərk edəcəklər.

Spiker, həmçinin İrəvan və Moskva arasında rusiyalı hərbçilərin 1992-ci ildən dövlətlərarası müqavilə əsasında qoruduğu Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsinin müzakirə olunmadığını qeyd edib. O, jurnalistin müvafiq sualını cavablandıran zaman “Türkiyənin Ermənistana hücum edəcəyi təqdirdə” Rusiyanın sərhədi qoruyacağına şübhə ilə yanaşdığını da vurğulayıb.

Избранный
255
50
azertag.az

10Источники