RU

Ərdoğandan "balkon çıxışı": "Seçkilərin qalibi demokratiyamızdır"

"Millətin iradəsi seçki qutusunda təzahür edər, millət sözünü seçki qutusu vasitəsilə söyləyər, siyasətçilərə mesajını seçki qutusu vasitəsilə çatdırar. Millət seçki qutusundan istifadə edərək öz mesajlarını siyasətçilərə çatdırdı. Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi bizim demokratiyamız, milli iradəmizdir".

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "balkon çıxışı" zamanı deyib.

"Türkiyədə yerli seçkilər ciddi insidentsiz və sakit şəraitdə keçib. Təəssüf ki, yerli seçki imtahanında istədiyimiz nəticəni ala bilmədik.Bildiyiniz kimi, seçkilər demokratiyanın ən kritik günləridir. Millətin iradəsi seçki qutusunda özünü göstərir və öz sözünü qutuda deyir. Millət öz mesajını seçki qutusunda siyasətçiyə çatdırır, öz xəbərdarlığını və minnətdarlığını seçki qutusu vasitəsilə bildirir. 31 Mart bizim üçün son deyil, əslində dönüş nöqtəsidir. 31 Mart seçkilərində türk milləti yenidən sandıq başına mesajlarını siyasətçilərə çatdırdı. Nəticələrdən asılı olmayaraq, bu seçkinin qalibi ilk növbədə demokratiyamız və milli iradəmizdir. Seçki qutusunda iradəsini əks etdirən bütün vətəndaşlarıma ürəkdən təşəkkür edirəm.

Избранный
138
5
publika.az

6Источники