RU

Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alındı

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətdən KONKRET.az-a verilən məlumata görə, məhkum Elxan Silyan oğlu Hümbətovla qısamüddətli görüşə gəlmiş bibisi oğlu Arzuman Qurban oğlu Nəcəfovun əşyalarına və üzərinə baxış keçirilən zaman alt paltarında gizlədilmiş, daxilində danışıq kartı olan 1 ədəd “Mini Bentley”markalı mobil telefon aparatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
171
44
konkret.az

10Источники