RU

Xarkov meri şəhər sakinlərinin təxliyəsi ilə bağlı sualı cavablandırıb

...Xarkov meri İqor Terexov hələlik şəhər sakinlərini təxliyə etmək üçün heç bir səbəb görmür. SİA-nın əldə etdiyi məlumata görə, LIGA nəşrinin jurnalistləri ilə söhbətində məmur Rusiya hücumunun intensivliyi ilə əlaqədar şəhər sakinlərinin köçürülməsinin zəruriliyi ilə bağlı sualı cavablandırıb.

...Döyüşlərin davam etdiyi ərazidən təxliyə edilir. Və bu insanlar Xarkova gedirlər. İndi şəhərin 1,3 milyon əhalisi var. Hələlik nə biz, nə də hərbçilər Xarkovdan təxliyə üçün heç bir səbəb görmürük.

Terexovun sözləridir. O əlavə edib ki, evakuasiya söhbətlərinin arxasında Rusiya informasiya və psixoloji əməliyyatlar üzrə mütəxəssislər dayanır.

Müsahibə zamanı Xarkov meri onu da bildirdi ki, şəhərdə demək olar ki, bütün kritik infrastruktur dağıdılıb. Onun sözlərinə görə, enerji sənayesi üçün vəziyyət çox ağırdır.

Nazlı

Избранный
185
14
sia.az

8Источники