AFFA İcraiyyə Komitəsinin yeni üzvləri seçilib. 1news.az xəbər verir ki, adlar aşağıdakı kimidir: Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer 1. Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən; 2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən; 3. Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən; 4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən; 5. Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən. Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer 1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən; 2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən; 3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən. İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer 1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən; 2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən. Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer 1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən; 2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən. Qeyd edək ki, Qurban Qurbanov milli komandanın baş məşqçisi olmamışdan əvvəl İcraiyyə Komitəsinin üzvü olub. Çalışdırıcı millidəki vəzifəsindən getdikdən sonra komitənin üzvlüyündən də çıxmışdı.