RU

Qazaxıstan 9 May Qələbə Paradından İMTİNA ETDİ

"Qazaxıstan mayın 9-da hərbi parad keçirməyəcək". Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.Məlumatda qeyd olunub:“Qazaxıstan Müdafiə Nazirliyi bu il mayın 7-də qeyd olunan Vətənin Müdafiəçisi Günü və 9 May Qələbə Gününə həsr olunmuş hərbi parad keçirməyi planlaşdırmır. 2024-cü ildə Qazaxıstanda hərbi paradın keçirilməsi büdcə vəsaitlərinə qənaət məqsədilə, eləcə də digər problemlərin həlli zərurətinə görə nəzərdə tutulmayıb. O cümlədən, ölkə Silahlı Qüvvələrinin bölmələrinin döyüş hazırlığının və mobilliyinin lazımi səviyyədə saxlanılması prioritetdir”.Qeyd edək ki, 2022 və 2023-cü illərdə də xərclərə qənaət və digər tapşırıqlar səbəbindən Qazaxıstanda hərbi parad keçirilməyib. Xatırladaq ki, martın 20-də Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu 2024-cü ildə Rusiyanın 28 şəhərində Böyük Vətən Müharibəsində Qələbənin ildönümünə həsr olunmuş hərbi paradların keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, bayram yürüşlərində 50 mindən çox vətəndaş və 1 minə yaxın hərbi texnika nümunəsi iştirak edəcək.Günəş Mərd 

Избранный
45
50
bakivaxti.az

10Источники