RU

Sabah hava necəı olacaq? - PROQNOZ

Bakı. Trend:

Aprelin 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Mili Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda vəAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakingündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhərdənbaşlayan güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərqküləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-11°, gündüz 11-16° olacaq. Atmosfertəzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında səhər şimal və qərb rayonlarındanbaşlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıqərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətliintensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Axşama doğru qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək.Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdəarabir güclənəcək.

Havanın temperaturu gecə 7-11°, gündüz 17-22°, dağlarda gecə2-7°, gündüz 12-17° olacaq.

Избранный
411
49
az.trend.az

10Источники