Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərov aprelin 5-də saat 14:30-da “Yeniyetmə dövründə oğlan uşaqlarında uroloji orqanların inkişafı” mövzusunda canlı yayımda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi “Facebook” səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud əvvəlcədən Mərkəzi Gömrük Hospitalının feysbuk səhifəsi vasitəsilə ünvanlamaq mümkündür.Saglamolun.Az