RU

Azərbaycan Ordusunda döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur – FOTO

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, çətin relyefli və yüksək dağlıq ərazilərdəki bölmələrdə günün nizam qaydalarına uyğun olaraq sutkaboyu döyüş növbətçiliyi yüksək səviyyədə təşkil edilir, fasiləsiz xidmət aparılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir.

Ordu sıralarında xidmət edən vətənpərvər gənclərimiz komandirlərin onlara aşıladığı hərbi biliklər sayəsində qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlirlər.

Ali Baş Komandanın diqqət və qayğısını üzərində hiss edən Azərbaycan əsgəri torpaqlarımızı göz bəbəyi kimi qoruyur və ehtimal edilən istənilən təxribatın qarşısını ləyaqətlə almağa hazırdır.

DOĞRU.AZ

image-17122153222455218697_1200x630 image-17122153223498318233_1200x630 image-17122153223853823777_1200x630

Избранный
168
49
dogru.az

10Источники