RU

Əməkdar artist sürücülük hüququndan məhrum edilir? - AÇIQLAMA

Əməkdar artist Qoçaq Əskərov barəsində inzibati iş başlanıb. 


Xanəndə İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. 


Bu maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır. 


529.3-cü maddədə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.


İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Nəriman Mehdiyev iş üzrə hakim təyin edilib. 


Qoçaq Əskərov Qaynarinfo-ya cəriməsinin olduğunu təsdiqləyib. "Bəli, cəriməm olub, lakin ödəmişəm. Hazırda sərbəst şəkildə avtomobilimi idarə edirəm", deyə xanəndə əlavə edib. 

Tarix: 4 Aprel 2024, 17:54   
Избранный
410
3
pravda.az

4Источники