RU

5 uşaqlı anaların da sosial müavinət alması təklif olunur

Əmək pensiyaları haqqında" qanun layihəsinin 8.1-ci maddəsinə əsasən, 5 və daha çox övladı olan analar bu güzəştdən istifadə edəcək, yəni 5 il daha tez pensiyaya çıxa bilər.”

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, “Sosial müavinətlər haqqında” qanunun 4.0.1.13-cü maddədə isə bu güzəştlər 5-dən çox övladı olan analara şamil olunur: “Bu ona gətirib çıxarır ki, 5 uşaq böyüdən analar pensiyada güzəşt əldə etsələr də, sosial müavinət ala bilmirlər. Təklif edirəm ki, 8-ci maddəyə uyğun olaraq, Sosial müavinətlər haqqında qanuna da 5 və 5-dən çox övladı olan analar sözü ilə əvəz edilsin”.

Избранный
157
16
apa.az

10Источники